Bu tələbləri yerinə yetirməyən avtobus sürücüləri cəzalandırılacaqlar

Bu tələbləri yerinə yetirməyən avtobus sürücüləri cəzalandırılacaqlar
17:05 17 Noyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtda fəaliyyət göstərən sərnişin daşıyıcı şirkətlərə qış rejiminə keçidlə bağlı tələblər ünvanlanıb.

Milli.Az bildirir ki, bunu Trend-ə agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

N.Allahyarova bildirib ki, bu həm Nazirlər Kabinetinin müvafiq qərarlarından irəli gələn, həm də agentlik tərəfindən hazırlanan Bakı nəqliyyat planında olan tələblərdir: "Qeyd olunan tələblərin, yəni təkərlərin, mühərrikin tam qış rejiminə uyğunlaşdırılması, avtobus salonundakı pəncərələrin normal vəziyyətdə olması və digər tələblərin tam təmin olunmaması ilə bağlı müraciət daxil olarsa, onda həmin daşıyıcılarla bağlı tədbirlər görüləcək. Bununla bağlı işlər gedir. Qəsəbələrdən gələn avtobusların bir çoxunun pəncərələrində problemlər var idi və görülən tədbirlər nəticəsində bu problemlər aradan qaldırılıb".

N.Allahyarova vurğulayıb ki, Bakı Nəqliyyat Agentliyinin baş direktorunun xüsusi tapşırığı var: "Agentliyin rəhbər şəxsləri aidiyyatı daşıyıcı şirkətlərlə birlikdə problemlərin yerindəcə aşkarlanması və aradan qaldırılması məqsədilə mütəmadi monitorinqlər keçirirlər. Ancaq qarşıda gələn aylarda bu monitorinqlər daha çox keçiriləcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490400.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR