Ancelina Colinin keçmiş ərindən Bred Pitə təklif

Ancelina Colinin keçmiş ərindən Bred Pitə təklif
17:27 17 Noyabr 2016
205 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ancelina Colinin keçmiş əri Billi Bob Tornton "Playboy" jurnalına maraqlı açıqlamalar verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 1996-cı ildə iki "Oskar" alan "Farqo" filmi ilə tanınan Billi Colinin boşanmaq üçün məhkəməyə verdiyi Bred Pittə təklif göndərib.

61 yaşlı aktyor "İnsanlara təəccüblü gələ bilər, amma Bred Pittlə bir filmə çəkilməyi çox istəyirəm. Məncə, mükəmməl birlik alınar" deyib.

O, keçmiş arvadı, aktrisa A.Coli haqda da danışaraq onun üçün yaxşı ər olmadığını etiraf edib.

Xatırladaq ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə ailə qurublar. Bu ilin sentyabrında isə Coli qəflətən boşanma üçün məhkəməyə müraciət edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR