"Fənərbağça" - "Qalatasaray" derbisinin hakimləri açıqlanıb

"Fənərbağça" - "Qalatasaray" derbisinin hakimləri açıqlanıb
17:32 17 Noyabr 2016
82 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Futbol üzrə Türkiyə Super Liqasının XI turunda "Fənərbağça" və "Qalatasaray" arasında keçiriləcək matçın hakimləri açıqlanıb. "Report"un məlumatına görə, oyunu FİFA referisi Cüneyt Çakır idarə edəcək.
Ona Bahattin Duran və Tarık Onqun kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi Halis Özkahya olacaq. Bu, C.Çakırın "Fənərbağça" və "Qalatasaray" komandaları arasında keçiriləcək derbiyə 10-cu təyinatı olacaq. Amma o, cari mövsümdə ilk dəfə derbi idarə edəcək. 
Qeyd edək ki, noyabrın 20-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/fenerbagca-qalatasaray-matcinin-hakimleri-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR