Belarus Rusiya neftinə alternativ axtarır

Belarus Rusiya neftinə alternativ axtarır
18:12 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Belarus ölkə ərazisinə neft nəqli üçün Rusiya variantına alternativ yollar axtaracaq. 
“Report”un RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
Prezident qeyd edib ki, hazırda bir neçə varianta baxılır.
Onun sözlərinə görə, Ukrayna ərazisi ilə neftin nəqli mümkündür: “Belə imkan var. Rusiya təchizatı dayandıranda biz ondan istifadə etmişik. Biz Venesuela neftini alırdıq və Ukrayna ərazisi - Odessa-Brodı boru kəməri, dəmir yolu nəqliyyatı ilə Belarusun neft emalı zavodlarına çatdırırdıq. Sadəcə olaraq, ənənəvi Rusiya bazarını digər neft tutacaq. Bu lazımdırmı? 25 mln. ton emal edirik və bizim ərazi ilə 60-80 mln. ton Rusiya nefti qərbə nəql olunur”.

Qeyd edək ki, oktyabrın əvvəlində A.Lukaşenko rəsmi Minskin İranla neft nəqli ilə bağlı danışıqlar apardığını bildirib. O, Rusiyadan rüsumsuz həcmlərin azaldılması səbəbindən hökumətə təcili alternativ mənbələr axtarmağı və köhnə yollara qayıtmağı tapşırıb. Prezident Odessa limanı vasitəsilə Mozır neft emalı zavoduna xammal nəqlinə dair razılığın əldə olunduğunu əlavə edib. Maraqlıdır ki, bu bəyanat Rusiya ilə Belarus arasında neft nəqlinin həcmi və qazın qiyməti ilə bağlı həll olunmamış məsələlər fonunda verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/belarus-rusiya-neftine-alternative-axtarir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR