Səudiyyə Ərəbistanı da devalvasiyaya hazırlaşır

Səudiyyə Ərəbistanı da devalvasiyaya hazırlaşır
18:32 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı milli valyuta - riyalın məzənnəsini süni şəkildə dəstəkləməkdən vaz keçə biləcəyini açıqlayıb. 
"Report"un "Vestifinance" saytına istinadən verdiyi xəbərə görə, bu açıqlama ilə Səudiyyə Ərəbistanının şahzadəsi milyarder əl-Valid ibn Təlal "Bloomberg" agentliyinə müsahibəsində bildirib. O, buna səbəb kimi ölkəsinin qarşılaşdığı sosial, siyasi və maliyyə sahələrindəki dəyişiklikləri göstərib.
Əl-Validin sözlərinə görə, ən pis halda riyalın dollarla müqayisədə sabit olan cari məzənnəsinin dəyişməsi 2-3 il ərzində baş verə bilər. Qeyd edək ki, bu ölkənin məmurları neft qiymətlərinin düşməsi fonunda gəlirlərin azalması səbəbindən dəfələrlə sabit məzənnə ilə bağlı spekulyasiyalardan qaçmağa çalışıblar. Ölkənin baş bankiri Əhməd ibn Əbdül Kərim əl-Xalifi isə bildirib ki, S.Ərəbistanı sabit məzənnə siyasətinə sadiq qalmaqda davam edəcək.
Xatırladaq ki, bu il Səudiyyə Ərəbistanında iqtisadi artımın 1,3% təşkil edəcəyi gözlənilir və bu, 2008-2009-ci illərin böhranından sonra ən minimal səviyyə sayılır. Bu ölkədə dolların məzənnəsi isə 1980-ci ildən etibarən 3,75 SAR/USD səviyyəsindədir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/seudiyye-erebistani-da-devalvasiyaya-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR