PKK-nın Qarabağdakı bazaları və Türkiyəyə daşınan bombalar – ŞOK FAKTLAR

PKK-nın Qarabağdakı bazaları və Türkiyəyə daşınan bombalar – ŞOK FAKTLAR
18:33 17 Noyabr 2016
234 Dünya
Ölkə mətbuatı
A- A+

“Ermənistanın işğal etdiyi Azərbaycanın Qarabağ bölgəsində PKK düşərgələri qurulub. Həmçinin, Türkiyədə terror törədilməsi üçün hazırlanan partlayıcılarda istifadə olunan ammonyak nitrat maddəsi də PKK-ya Ermənistandan çatdırılır”.

Publika.az
xəbər verir ki, bu barədə Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksal Gülbey deyib.

Onun sözlərinə görə, Ermənistan rəsmiləri, xüsusilə diaspor nazirliyi Avropa və Türkiyədə PKK və digər terror təşkilatları ilə gizli əməkdaşlıq edir.

“Ermənistan PKK-ya logistik dəstək verir. Bu dəstək silah, təlim və Avropa ölkələrinə viza alınmasıdır. Avropadakı erməni səfirlər vasitəsilə hazırda gəmilərlə Mersin limanına gələn ammonyak nitrat kimyəvi maddəsi Ermənistan nömrəli TIR-lara yüklənir. TIR-ların tranzit keçidi olduğu üçün türk gömrükçüləri və polisləri araşdırma apara bilmir. Bu maddələr Gürcüstan, yaxud İran üzərindən Ermənistana daşınır. Orada həmin maddələr PKK-ya verilir. PKK da Türkiyədə terror aktlarını törətmək üçün bu maddələrdən partlayıcılar düzəldir”, - deyə o bildirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR