Nizami Kino Mərkəzində "Fantastik məxluqlar" filmi

Nizami Kino Mərkəzində "Fantastik məxluqlar" filmi
18:37 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Noyabrın 17-dən Nizami Kino Mərkəzində Türkiyənin "Benim adım Feridun" və ABŞ-ın "Fantastik məxluqlar" filmlərinin nümayişi başlanıb.

AF Mediya-Azərbaycan şirkətinin təqdim etdiyi "Benim adım Feridun" filmini rejissor Çağan Irmak komediya janrında çəkib. Yaş həddi: 14+

Filmin qəhrəmanı Ersan uzun illər münasibətlərdə olduğu sevgilisinə artıq əvvəlki kimi qayğı və diqqət göstərmir. Gözlənilmədən sevgilisi Aylin tərəfindən tərk edilən Ersan şok vəziyyətinə düşür. Bir-neçə həftə sevgilisini geri qaytarmağa çalışsa da, əli boşa çıxır. Ayrılığı artıq qəbul edən Ersan toparlanmaq üçün uzun zamandan bəri ayrıldığı, uşaqlığı keçən yerlərə qayıdır və burada baş verəcək hadisələrlə üz-üzə qalır...

Filmdə rolları Halil Sezai Paracıkoğlu, Büşra Pekin, Tarık Pabuçcuoğlu, Suzan Aksoy, Güngör Bayrak, Kadriye Kenter, Defne Yalnız və Özge Borak ifa ediblər.

Böyük Britaniya və ABŞ istehsalı 3 d formatda çəkilmiş "Fantastik məxluqlar" filmini C. K. Roulinqin ssenarisi əsasında rejissor Devid Yeyts fentezi və məcara janrında çəkib. Yaş həddi: 12 +

Film sehirbazların Nyu-Yorkdakı məxvi cəmiyyətlərinə düşmüş yazıçı Nyut Skamanderin məcaralarından bəhs edir...

Baş rollarda Eddi Redmeyn, Conni Depp, Cemma Çan, Ezra Miller, Ketrin Uoterston, Kolin Farrell, Zoi Kravits, Ron Perlman, Samanta Morton, Con Voyt çəkiliblər.

Filmlər haqqında əlavə məlumatı Nizami Kino Mərkəzinin Facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/490412.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR