Naftalan. 17 noyabr. REPORT.AZ/ Naftalan rayonunda güclü külək fəsadlar törədib.
"Report"un məlumatına görə, nəticədə iri gövdəli şam ağacı kökündən çıxaraq yolda hərəkətdə olan Sədrəddin Cavadovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilin üzərinə aşıb. Hadisə zamanı avtomobilin sürücüsü və sərnişini xoşbəxtlikdən heç bir xəsarət almayıb. Ancaq "VAZ-2106"nın dam örtüyü əzilib, şüşələri sınıb.
Qocaman ağac adiyyəti qurumlar tərəfindən ərazidən götürüldükdən sonra yolda avtomobillərin hərəkəti tam bərpa edilib.