Ağdam işıqsız qaldı

Ağdam işıqsız qaldı
18:57 17 Noyabr 2016
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Güclü külək səbəbindən Ağdamın bəzi yaşayış məntəqələri işıqsız qalıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, günün ikinci yarısından başlayaraq əsən güclü külək bir sıra fəsadlar törədib, elektrik naqilləri qırılıb.
 
Rayonun Xındırıstan, Sarıçoban, Dadaşlı, Kəlbahüseynli, Paşabəyli, Üçoğlan, Əhmədağalı və Çıraqlı  kəndlərinə elektrik enerjisinin verilməsi dayandırılıb.
 
Hazırda küləyin yaratdığı fəsadların aradan qaldırılması üçün bərpa işləri aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/490448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR