AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresinin sədridir

AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresinin sədridir
19:05 17 Noyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 17-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanov Dünya Xəbər Agentlikləri Konqresinin 2016-2019-cu illərdə prezidenti vəzifəsinin icrasına başlayıb. AZƏRTAC 2016-2019-cu illərdə bu beynəlxalq quruma sədrlik edəcək.

Dünya Xəbər Agentlikləri Konqresi Şurasının həmin gün keçirilən iclasının iştirakçıları yeni prezident Aslan Aslanova və AZƏRTAC-ın kollektivinə uğurlar arzu etdilər.

Sonra iclasda Konqresin yeni baş katibinin seçilməsi və növbəti VI Konqresin keçiriləcəyi yerlə bağlı məsələlər müzakirə olundu.

İclasda Konqresin hazırkı baş katibi Uffe Riis Sorensen səlahiyyət müddətinin başa çatdığını bildirdi. Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçev Şura üzvlərinin qərarı ilə Konqresin yeni baş katibi seçildi. İclasda Uffe Riis Sorensenin fəaliyyəti müddətində təşkilatın işinin təkmilləşdirilməsinə böyük töhfələr verdiyi vurğulandı və Konqres adından ona təşəkkür edildi.

Daha sonra Şura üzvlərinin səsverməsi ilə 2019-cu ildə Dünya Xəbər Agentliklərinin VI Konqresinin Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilməsi qərara alındı.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR