Milli Məclisin deputatı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının mükafatına layiq görülüb

Milli Məclisin deputatı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının mükafatına layiq görülüb
19:22 17 Noyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Adil Əliyev mərkəzi Ankarada yerləşən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktor diplomu və "Altun yıldız" medalı ilə mükafatlandırılıb.
"Report"un xəbərinə görə, mükafatlandırma mərasimində deputatlar, idman ictimaiyyəti, kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.
A.Əliyev bu mükafata layiq görüldüyünə görə əməyi keçən hər kəsə təşəkkür edib: "Hər kəs dövlətçilik üçün çalışmalıdır".
Təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri Elçin İsgəndərzadə də mövzu ətrafında çıxış edib.
Sonda diplom və medal A.Əliyevə təqdim olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/milli-meclisin-deputati-turk-dunyasi-arasdirmalari-beynelxalq-elmler-akademiyasi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR