Bakının mərkəzində evdən içi dolu seyf aparıldı

Bakının mərkəzində evdən içi dolu seyf aparıldı
19:52 17 Noyabr 2016
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 40 yaşlı qadının evinə basqın edilib.

Milli.Az report-a istinadən xəbərinə görə, hadisə Nəsimi rayonu, Nizami küçəsi ev 118 mənzil 1 ünvanında qeydə alınıb. Belə ki, 40 yaşlı Könül İbrahimovaya məxsus mənzilə naməlum şəxs və ya şəxslər pəncərənin dəmir barmaqlıqlarını qıraraq daxil olublar.

Mənzildəki içərisində 8 min manat pul və 20 min manat dəyərində qızıl-zinət əşyası olan dəmir seyf aparılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/490454.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR