ABŞ Mərkəzi Bankının sədri faiz artımını açıqladı

ABŞ Mərkəzi Bankının sədri faiz artımını açıqladı
20:13 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

FED rəhbəri Janet Yellənil iqtisadiyyatın sağlam şəkildə məşğulluq yaratması və inflyasiyanın yüksəlməsi səbəbindən ABŞ Mərkəz Bankının faizləri artırmağa yaxın olduğu deyib.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, Yellənilin ABŞ senatındakı çıxışının mətni açıqlanıb.

O, “nisbi yaxın” tarixdə FED-in faizləri artıracağını qeyd edib:

"Açıq Bazar Komitəsi faiz artımı ehtimalının gücləndiyini düşünür. Faiz artımını təxirə salmaq daha sürətli möhkəmlənməyə səbəb ola bilər".

Yellənil iqtisadiyyatın yalnız pilləli faiz artımına icazə verdiyini söyləyib.

İqtisadiyyat şöbəsi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR