Bricit Brink: "Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo qeyri-sabitdir"

Bricit Brink: "Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo qeyri-sabitdir"
20:22 17 Noyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ "Aprel hadisələri Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvonun qeyri-sabit olduğunu göstərdi."
"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfirliyində jurnalistlərlə görüş zamanı ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink deyib.
"Biz hesab edirik ki, status-kvo qeyri-sabitdir", - deyə Bricit Brink söyləyib.
O, danışıqların bərpa edilməsi və etimadın möhkəmləndirilməsi üzrə işlərin aparılmasının vacibliyini vurğulayıb.
"Münaqişənin nizama salınmasının Ermənistan üçün də müsbət nəticəsi olacaq", - deyə B.Brink xüsusi vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/dagliq-qarabag-munaqisesi-uzre-status-kvo-qeyri-sabitdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR