Protokolla tibbi arayış uyğun gəlmir - VİDEO

Protokolla tibbi arayış uyğun gəlmir - VİDEO
21:12 17 Noyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Oruc Ahalov yol polisi tərəfindən qanunsuz olaraq 400 manat miqdarında cərimə olunduğunu iddia edir. O bildirir ki, Nərimanov rayonu ərazisində əks zolağa daxil olduğu üçün 99-YP- 267  dövlət qeydiyyat nömrə nişanlı yol polisi avtomobili onu saxlayıb. Bu zaman əməkdaşlar ona içkili olub-olmadığını yoxlamaq üçün alkotestrdən kəçməyi bildiriblər. Testdən keçdikdə isə sərxoş olduğu deyilib.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki,  Oruc Ahalov yol polisinə içkili olmadığını və tibbi müayinədən keçməyi tələb edib. Ancaq onun idarə etdiyi 99-KJ-075 dövlət qeydiyyat nömrə nişanlı yük maşını cərimə meydançasına aparılıb.

Sürücüyə  alkoqoldan istifadə etməməsini sübut edən sənəd təqdim edilib.

Protokolda isə onun əks zolağa çıxmağı yox, məhz içkili vəziyyətdə avtomobil idarə etdiyiinə görə cərimələndiyi əksini tapıb. O, cəriməni ödədikdən sonra avtomobili cərimə meydançasından çıxarıb.

Məsələ ilə bağlı Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov "Xəzər Xəbər"ə bildirdi ki, sürücü idarəyə şifahi və ya yazılı müraciət etməlidir. Bundan sonra problem araşdırılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR