Sürüşmə sahəsində yaşayan ailələr köçürüləcək - VİDEO

Sürüşmə sahəsində yaşayan ailələr köçürüləcək - VİDEO
21:12 17 Noyabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Zığ sürüşmə sahəsində mənzilləri qəzalı vəziyyətə düşən sakinlərə torpaq sahəsi veriləcək. Bunun üçün paytaxtın  Zığ qəsəbəsində, Əmircan-Hövsan yolunun 5-ci kilometirliyinin yaxınlığında yer ayrılıb.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, ilkin mərhələdə bu əraziyə evləri yaşayış üçün tam olaraq təhlükəli vəziyyətə düşmüş 48 ailənin köçürülməsi planlaşdırılır.

Suraxanı rayon İcra Hakimiyyətinin Zığ qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Cəlaləddin Əhmədov deyir ki, ərazi komunal xidmət sahələri ilə tam təmin olunur. Bura köçən sakinlərin mənzillərərinə bu xidmət sahələri dövlət vəsaiti hesabına çəkiləcək.

Ancaq Zığ sakinləri sözügedən ərazilərə köçməkdə elə də maraqlı deyillər. Çünkü həmin ərazidə evlərini tikmək üçün sakinlərə qəzalı vəziyyətə düşən evlərin qarşılığında kompensasiya verilmir.

Cəlaləddin Əhmədov isə deyir ki, sakinlərin bu istəyi nəzərə alınaraq  Nazirlər Kabinetinə əlavə məktub ünvanlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR