Meyvə-tərəvəz yeməyən uşaqlarda bu xəstəlik yaranır...

Meyvə-tərəvəz yeməyən uşaqlarda bu xəstəlik yaranır...
21:17 17 Noyabr 2016
346 Ölkə
Ölkə mətbuatı
A- A+

Meyvə-tərəvəz yeməyən uşaqlarda astma xəstəliyinin yaranma riski olduqca yüksəkdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Amerika Astma Cəmiyyətinin həyata keçirdiyi bir araşdırma, müntəzəm olaraq meyvə və tərəvəz yeməməyin uşaqlarda astmaya tutulma riskinin böyük ölçüdə artırdığını ortaya qoydu. 6 ilə 18 yaş arasındakı 4 min uşağın qidalanma vərdişləri müşahidə edildi. Nəticədə, bəlli oldu ki, tərəvəz və meyvə istehlak etməyən uşaqlarda astma xəstəliyinə tutulma riski, istehlak edənlərlə nisbətdə 53 faiz daha çoxdur. Bu isə, olduqca böyük bir miqdardır.
 
Kifayət qədər meyvə və tərəvəz yeməməyin immunitet sistemini təsir etdiyini bildirən araşdırma qrupunun baş həkimi Maripaz Morales, bu mövzu barəsində məlumat verdi: "Meyvə və tərəvəz istehlak etməyən uşaqların immunitet sistemi güclənmir. Hər cür xəstəliyə qarşı müdafiəsiz olurlar və bunların başında da astma gəlir. Bunun üçün də, uşaq sağlamlığını qorumağın yolu ilk növbədə, meyvə tərəvəzdən keçir"

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490031.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR