Sosial evlər kimlərə güzəştlə satılacaq? - VİDEO

Sosial evlər kimlərə güzəştlə satılacaq? - VİDEO
21:22 17 Noyabr 2016
600 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yeni inşa edilən sosial evlərin satışı ilə bağlı bəzi qaydalar müəyyənləşib. Qaydalara əsasən, polis, müəllim və hərbçilər bazar qiymətindən  aşağı qiymətə mənzil sahibi ola biləcəklər. Bununla yanaşı, bu mənzilləri almaq üçün də ilkin ödəniş edilməlidir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bundan başqa, elmlər və ya fəlsəfə doktoru adı alanlar, uzun müddət dövlət qulluqçusu olanlar, daxili işlər orqanlarında 3 il xidmət keçib xüsusi rütbəsi olan gənc  ailələr də güzəştli şərtlərlə mənzillər əldə edə biləcəklər. Gənc ailə dedikdə isə yaşı 35-dək olanlar nəzərdə tutulur. Bundan başqa, bazar qiymətindən ucuz olacaq sosial evləri digər bütün vətəndaşlar da nəğd pul, ipoteka və digər kreditlər hesabına əldə edəcəklər.

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, mənzillərin qiymətləri və qaydalar üzərində iş davam etdirilir və gəlcəkdə qaydalarda dəyişikliklər ola bilər. Belə mənzilləri almaq üçün müraciət yalnız elektron formada olacaq ki, bunun üçün də güzəştli mənzil portalı yaradılır. Həmin portal hazır olduqdan sonra dəqiq qaydalarada qüvvəyə minəcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR