12 min turist Şahdağa axışdı (VİDEO)

12 min turist Şahdağa axışdı (VİDEO)
03:36 6 Yanvar 2015
171 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar elan olunan qeyri-iş günlərini Şahdağ qış-yay turizm kompleksində keçirənlərin sayı 12 mindən çox olub. ANS PRESS-in "RTV"yə istinadən məlumatına görə, onlar kompleksin xidmət göstərdiyi müxtəlif əyləncə və idman növlərindən faydalanıb. Burda 9 mindən çox turist kanatlardan, 3 min 465 turist isə xizək yollarından istifadə edib. Turistləri Şahdağa cəlb edən isə ərazidəki qar və təmiz havadır.

Şahdağ Qış-Yay Turizm Kompleksində bu qış mövsümdə yeni qaldırıcı işə salınıb. Bununla da xizəkçilər 6 yeni xizək enişindən istifadə edə bilirlər. Ötən mövsümdə sürüşmə zolaqlarının ən yüksək nöqtəsi 1435 metr idisə, indi bu göstərici 2100 metrə çatır. Genişləndirilən 16,8 kilometrlik xizəksürmə ərazisi burada saatda 11 min nəfərin xizək sürməsinə imkan yaradır.

Ərazini daim qarla təmin etmək üçün 160 ədəd süni qar generatorları quraşdırılıb. Yeni mövsümdən kompleksin ərazisində 5 ədəd müxtəlif kafe və restoran da turislərin istifadəsinə verilib. Bundan başqa kompleksdə iki 5 ulduzlu otel mövsümdən qapılarını ziyarətçilərin üzünə açıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR