Xanəndə Taleh oxuya-oxuya əməliyyat olunur - VİDEO

Xanəndə Taleh oxuya-oxuya əməliyyat olunur - VİDEO
21:22 17 Noyabr 2016
247 Ölkə
Ölkə mətbuatı
A- A+

Əməliyyatda olan xəstə oxuyur, həkimlər isə əlləri ilə necə deyərlər züy tutur.

Arada bəh-bəh deməyi də unutmurlar.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, xəstənin özü, 21 yaşlı xanəndə Taleh Hüseynli təqdim edib.

Taleh kor bağırsağın əməliyyatı zamanı dilinin toruna düşüb. Xanəndə olduğunu deməsilə həkimlər ondan oxumağını xahiş edib. O da əməliyyat bitənədək düz 40 dəqiqəyə yaxın müxtəlif musiqi nömrələrini ifa edib.

Gənc müğənni fikirləşir ki, görüntülər yayılandan sonra onun da ulduzu parlayacaq. Çünki əməliyyat vaxtı səsinin gücünü indiyə kimi göstərən olmayıb.

Əməliyyat masasında oxuyan bizimçün də oxuyar deyib, Talehlə sağollaşdıq

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR