Valyuta mübadiləsində QADAĞA – Maksimum 30 dollar

Valyuta mübadiləsində QADAĞA – Maksimum 30 dollar
21:28 17 Noyabr 2016
294 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük banknotların dövriyyədən çıxarılması haqqında qərarın ardınca Hindistan hökuməti valyuta mübadiləsinin qaydalarını sərtləşdirib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bir nəfər bir dəfəyə yalnız 2 min Hindistan rupisini (təxminən 30 dollar) dəyişdirə bilər.

Halbuki, daha əvvəl 4 min rupinin dəyişdirilməsinə icazə verilmişdi.

Qeyd edək ki, ötən həftə Hindistanın baş naziri Narendra Modi korrupsiya ilə mübarizə üzrə ölçülər çərçivəsində 500 və 1000 rupilik banknotların dövriyyədən çıxarılması haqqında qərar verib. Qərar əhali üçün gözlənilməzlik olub. Bu banknotlar ölkədə nağd pulun dövriyyəsinin 85 faizini təşkil edir.

Hökumətin qərarından sonra insanlar tələsik şəkildə bankomatlardan pulları çıxarmağa başlayıb. Nəticədə hökumət hesablardan nağd vəsaitlərin çıxarılması üzrə məhdudiyyətləri tətbiq etməyə məcbur olub. Hindistan sakinləri hər gün ən çox 2,5 min, həftə ərzində isə ən çox 24 min rupini bankomatlardan çıxara bilər. Toya hazırlaşan ailələr istisna təşkil edir. Onlara bir dəfəyə 250 min rupiyə qədər çıxarmağa icazə verilib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR