Lənkəranda avtomobil piyadanı vurdu

Lənkəranda avtomobil piyadanı vurdu
21:43 17 Noyabr 2016
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Sürücüsünün şəxsiyyəti məlum olmayan minik avtomobili yolu keçmək istəyən piyadanı vurub. Piyada müxtəlif xəsarətlərlə təcili Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, lakin həkimlər onun həyatını xilas edə bilməyib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon bölməsinə göndərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR