Elmar Məmmədyarov fransalı həmkarı ilə görüşdü - FOTO

Elmar Məmmədyarov fransalı həmkarı ilə görüşdü - FOTO
21:58 17 Noyabr 2016
70 Digər
Ölkə mətbuatı
A- A+

Xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində 17 noyabr 2016-cı il tarixində Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, mədəniyyət və təhsil sahələrində ikitərəfli əlaqələrin indiki durumu və perspektivləri, o cümlədən son zamanlar sürətlə inkişaf edən regionlararası əməkdaşlıq məsələlərini müzakirə etdilər və Azərbaycan-Fransa münasibətlərin bütün sahələrdə müsbət və davamlı şəkildə inkişaf etməsindən məmnunluq ifadə etdilər.

Nazirlər Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə nəzər salaraq, bu günlərdə Brüsseldə Azərbaycan ilə Avropa İtifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni saziş layihəsi üzrə danışıqların başlanılması üçün Avropa Komissiyasına müvafiq mandatın verilməsi faktını alqışlayaraq, bu qərarın ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin məqsədyönlü və qarşılıqlı maraq əsasında inkişafına yeni təkan verəcəyinə əmin olduqlarını bildirdilər.

Həmçinin, nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və danışıqlar prosesinin perspektivləri ətrafında fikir mübadiləsi apardılar. Onlar münaqişənin tezliklə siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin məntiqlı və nəticəyə yönəlmiş əsasda davam etdirilməsinin vacibliyini təsdiq etdilər.

Bu xüsusda nazir Elmar Məmmədyarov fransalı həmkarı tərəfindən irəli sürülmüş, dekabrın 8-də Hamburqda keçirələcək ATƏT-in nazirlər toplantısı çərçivəsində xarici işlər nazirləri səviyyəsində "3+2" formatında görüşün keçirilməsi təklifini qəbul etdiyini bildirdi.

Səfər əsnasında nazir Elmar Məmmədyarov, həmçinin Fransanın ATƏT-in Minsk Qrupundakı yeni həmsədri səfir Stefan Viskonti ilə ayrıca görüş keçirdi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/176352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR