Məktəbli qızı zorlamaqda ittiham edilən direktor azadlıqda

Məktəbli qızı zorlamaqda ittiham edilən direktor  azadlıqda
22:12 17 Noyabr 2016
390 Ölkə
Ölkə mətbuatı
A- A+

Zərdab rayonunda şagirdini zorlamaqda ittiham olunun məktəb direktoru Ceyhun Tofiqli sərbəts buraxılıb.

Milli.Az aznews.az-a istinadən bildirir ki, bu barədə zorlandığı iddia edilən 11-ci sinif şagirdinin atası, Zərdab rayon Şahhüseynli kənd sakini Rəmzi Abduləliyev bildirib. Ata məsələ ilə bağlı Pespublika Prokurorkuğuna müraciət edəcəyini deyib:

"Onu nə əsasla, hansı qərarla buraxıblar, bilmirəm. Prokurorluğa şikayət ərizəsi yazmışam. Zərdabda işə soyuq yanaşırlar. Direktor hazırda kəndədir.Gənc qızın taleyi ilə oynayırlar. Mən bunu belə qoymayacam".

Xatırladaq ki,  Zərdab rayon Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqli bir neçə gün əvvəl həbs edilmişdi. O, şagirdi zorlamaqda ittiham olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR