Türk kinosunun sultanı Azərbaycan haqqında təəssüratlarını bölüşdü - FOTO

Türk kinosunun sultanı Azərbaycan haqqında təəssüratlarını bölüşdü - FOTO
22:18 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu gün Xəzər Universitetində "Avrasiya Əfsanəsi" mükafatının təqdimetmə mərasimi keçirilib.

Publika.az xəbər verir ki, təqdimat mərasiminin birinci hissəsində Avrasiya Akademiyasının yaranması və inkişafı haqqında film nümayiş olunub.

İkinci hissədə aktyor, rejissor və məşhur ssenarist Robert Hosseinin, eləcə də türkiyəli aktrisa və rejissor Türkan Şoray haqqında sənədli filmlər göstərilib. Daha sonra qonaqlara Avrasiya Akademiyasının üzvlük diplomları və “Avrasiya Əfsanəsi” mükafatları təqdim olunub.

“Bu mükafatı ölənə qədər evimin ən dəyərli güşəsində saxlayacam!”

Tədbirdə Türkan Şoray Avrasiya Akademiyasına üzv seçilən və Avrasiya Akademiyasına layiq görülən ilk qadın seçilib. Dünya şöhrətli ulduz bu münasibətlə hislərini bölüşüb: “Qardaş ölkədəyəm və belə mühitdə olmaqdan çox məmnunam, həmçinin duyğusal bir an yaşadım. Sənət bütün insanların ortaq dəyəridir. Mən də bir sənətçi olaraq burada belə gözəl bir mükafata layiq görüldüm. Bu film karyeramda inanılmaz qürurverici bir hadisədir. Azərbaycandan aldığım bu dəyərli mükafatı ölənə qədər həm qəlbimdə, həm də evimin ən dəyərli guşəsində saxlayacam! Bütün azərbaycanlılara və məni mükafata layiq görən akademiklərə təşəkkür edirəm. Bakıdan çox xoşbəxt gedəcəm".

Qeyd edək ki, xalq artisti Arif Məlikov, Türkiyənin ölkəmizdəki səlahiyyətli səfiri Erkan Özoral, fransız aktyor Robert Hossein də "Avrasiya Əfsanəsi" mükafatına layiq görülüb.

Aytən










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR