Uşaqlara bol süd verin,yoxsa…

Uşaqlara bol süd verin,yoxsa…
22:22 17 Noyabr 2016
149 Ölkə
Ölkə mətbuatı
A- A+

Körpə uşağın qida mənbəyi ana südüdür. Bir az böyüdükdən sonra isə ana südündən kəsildiyi zaman uşaqların əksəriyyəti inək südünü içməkdə çətinlik çəkir. Uşaqların süd içməyə olan etirazına bir çox valideyinlər də laqeyd qalır. Lakin valideyinlər süd içilmədiyi halda onların uşaqlarının gələcəkdə hansı patologiyalarla qarşılaşacağını bilmirlər. Mütəxəssislər 7-10 yaşına kimi olan uşaqların hər gün süd içmələrində fayda olduğunu söylyirlər.
1. Süd tərkibində olan laktoza sayəsində orqanizmin enerji balansının təmin edir. Bu əsasən də beynin enerji qaynağı hesab edilir.
2. Azyaşlılar daima hərəktdə olurlar. Bu səbəbdən də onların orqanizminin daima proteinə ehtiyacı olur. Süd tərkibində olan protein sayəsində orqanizmin proteinə olan təlabatını ödəyir və əzələlərin sağlam inkişaf etməsinə səbəb olur.
3. Südün tərkibində olan kalium və maqnezium qan təzyiqinin normal olması üçün vacib sayılan minerallardır. Milli.Az immunitet.az-a istinadən bildirir ki, süd yüksək qan təzyiqinin orqanizmdə əmələ gətirdiyi xəstəliklərin əmələ gəlməsinin qarşısını alır.
4. Südün tərkibində olan kalsium sadəcə sümüklər üçün vacib sayılmır. Kalsium dişlərin də sağlam olması üçün vacib sayılan elementlərdəndir.
5. Südün tərkibində olan maddələr saç hüceyrələrinin yenilnməsinə yardım edir.
6. Süd dəriyə nəmləndirici təsir göstərir, dərini qidalandırır, dəri hüceyrələrini yeniləyir, dərinin parıldamasına səbəb olur.
7. Süd bağırsağın fəaliyyətinin yaxşılaşmasında yaxından iştirak edir. Qəbizlikdən əziyyət çəkənlərə yardım edir.
8. Gündəlik qida qəbulunu azaldaraq içilən südün miqdarını artırıb çəkini sağlam şəkildə azaltmaq mümkündür.
9. Süd və süd məhsulları tam bir vitamin deposu hesab edilir. Onun tərkibində olan A, B, C, D, E, K vitamini orqanizmi bir çox xəstəliklərdən qoruyur.
10. Süd ən yaxşı yuxugətiricilərdən hesab edilir. Yatmazdan əvvəl içilən 1 stəkan süd gecə yuxusunu dərinləşdirir.
11. Süd beynin ehtiyacı olan enerjini təmin edə bilir. Bununla əlaqədar olaraq orqanizm hüceyrələrin yenilənməsini bərpa edir, yaddaşı möhkəməndirir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490064.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR