TOY YASA DÖNDÜ: Maşın partladı - 16 ölü, 30 yaralı

TOY YASA DÖNDÜ: Maşın partladı - 16 ölü, 30 yaralı
22:28 17 Noyabr 2016
91 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın qərbində toy zamanı törədilən partlayış nəticəsində azı 16 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu haqda İraqın "As-Sumariya" telekanalı məlumat yayıb.

İnformasiyaya əsasən, minalanmış avtomobil Bağdaddan 50 km aralı Anbar əyalətinin Əl-Fəluca şəhərinin cənubunda yerləşən Amariya yaşayış məntəqəsindəki toyda partladılıb.

Xəbərə görə, partlayışın məsuliyyətini hələlik heç bir terrorçu qruplaşma üzərinə götürməyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR