Tramp keçid komandası ilə görüş keçirəcək

Tramp keçid komandası ilə görüş keçirəcək
23:37 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp noyabrın 18-də keçid komandasının üzvləri ilə iki saatlıq görüş keçirəcək.
"Report" CNN teekanalına istinadən xəbər verir ki, həmin görüşdə yeni administrasiyada müxtəlif vəzifələri tutacaq namizədlər müzakirə ediləcək.
Məlumata görə, noyabrın 17-də adı milli təhlükəsizlik sahəsində hallanan istefada olan general-leytenant Maykl Flinn, dövlət katibi vəzifəsinə namizədlərdən sayılan Nyu-Yorkun keçmiş valisi Rudolf Culiani də Donald Trampın mənzil-qərargahında olub. Xəbərdə bildirilib ki, bu gün keçmiş dövlət katibi, Trampın müşaviri olmağa namizəd Henri Kissincer də həmin mənzil–qərargaha gedib.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/tramp-kecid-komandasi-ile-gorus-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR