Diabeti başlı-başına buraxmayın

Diabeti başlı-başına buraxmayın
23:47 17 Noyabr 2016
460 Ölkə
Ölkə mətbuatı
A- A+

Mütəxəssislər diabet xəstəliyi haqqında məlumatlar veriblər və diabetin xərçəng riskini artırdığını bildiriblər.

Diabet günümüzdə getdikcə artan xroniki bir xəstəlikdir. Diabet xəstəliyin sürətli artım müşahidə olunur və bu xəstəlik başqa xəstəlikləri də təkan verir. Xüsusilə diabet xəstəliyi ilə xərçəng arasında əlaqə uzun müddətdir ki, tibb dünyasının diqqətini çəkən bir məsələdir. (milliyet.com)
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bunun səbəbləri haqqında bir çox tədqiqat aparılır. Aparılan araşdırmalarda diabet xəstələrində xərçəngə tutulma riskinin, diabet xəstəsi olmayan şəxslərə nisbətən iki dəfə çox olduğu görülmüşdür.
Diabet xəstələrində ən çox rast gəlinən xərçəng tipi, qaraciyər xərçəngidir. Diabetli xəstələrdə qaraciyər yağlanması tez-tez olur və beləliklə, qaraciyər xərçənginə meyil artır.
Həmçinin bütün diabet xəstələri,  erkən diaqnoz üsulları ilə yaxından təqib edilməli və xərçəngi olan xəstələrin diabet müalicəsi, mütləq bu vəziyyət nəzərə alınaraq yenidən tənzimlənməlidir. Nisbətən yaşlı vaxtlarda ortaya çıxan yeni diabet vəziyyətində isə, ilk 5 il ərzində adi xərçəng yoxlamalarının daha diqqətlə aparılması təklif edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR