Mis mədəni çökdü - 10 fəhlə, 8 yük maşını dağıntı altında qaldı

Mis mədəni çökdü - 10 fəhlə, 8 yük maşını dağıntı altında qaldı
00:53 18 Noyabr 2016
88 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Siirt əyalətinin Şirvan rayonuna aid Mədən kəndində mis mədənində çöküş əmələ gəlib.

Publika.az Haber7-yə istinadən xəbər verir ki, 10 fəhlə ilə yanaşı 8 yük maşını, 3 iş qurğusu torpaq altında qalıb. İnformasiyaya əsasən, hadisə yerinə təcili tibbi yardım maşını və xilasedicilər cəlb edilib.

Şirvan Bələdiyəsi 5 fəhlənin xilas edildiyini, bir fəhlənin meyitinin torpaq altından çıxarıldığını bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR