Türkiyədə mis mədəni çöküb: 16 fəhlə, 8 yük maşını dağıntı altında qalıb

Türkiyədə mis mədəni çöküb: 16 fəhlə, 8 yük maşını dağıntı altında qalıb
01:02 18 Noyabr 2016
62 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/16 fəhlə ilə yanaşı 8 yük maşını, 3 iş qurğusu torpaq altında qalıb.
"Report" Haber7-yə istinadən xəbər verir ki, Şirvan Bələdiyəsindən 5 fəhlənin xilas edildiyi, 3 fəhlənin meytinin torpaq altından çıxarıldığı bildirilib.
****
23.31
Bakı. 17 noyabr. REPORT.AZ/ Türkiyənin Siirt əyalətinin Şirvan rayonuna aid Mədən kəndində mis mədənində çöküş əmələ gəlib.
"Report" Haber7-yə istinadən xəbər verir ki, işçilər və bəzi avadanlıqlar uçqun altında qalıb. 
İnformasiyaya əsasən, hadisə yerinə təcili tibbi yardım maşını və xilasedicilər cəlb edilib.
Foto "Anadolu" agentliyinindir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR