Tramp ilk görüşünü keçirib

Tramp ilk görüşünü keçirib
05:17 18 Noyabr 2016
103 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp xarici dövlətin lideri ilə ilk görüşünü keçirib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, o, Yaponiyanın baş nazir Sindzo Abe ilə Nyu-Yorkda görüşüb.
İnformasiyaya əsasən, görüş haqda əlavə məlumat yayılmayıb.
Xəbərə görə, görüşdən sonra Siondzo Abe deyib ki, ABŞ-ın yeni seçilən prezidenti ilə etbarlı münasibət qura bilərlər: "Uyğun zamanda yenidən görüşəcəyimizlə bağlı razılığa gəldik. Mən əminəm ki, Donald Tramp etibarlı lider olacaq".
Yeri gəlmişkən,prezident seçkisiqabağı kampaniya zamanı Tramp dəfələrlə bildirmişdi ki, Yaponiyanın təhlükəsizliyinə təminat verən ABŞ–ın bu ölkədəki hərbi bazasına Tokio daha çox pul xərcləməlidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR