Məhkəmə narkotik maddələrinin dövriyyəsində təqsirləndirilən qadına bəraət hökmü çıxarıb

Məhkəmə narkotik maddələrinin dövriyyəsində  təqsirləndirilən qadına bəraət hökmü çıxarıb
05:37 18 Noyabr 2016
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/Noyabrın 17-də Bakı  Apellyasiya Məhkəməsində narkotik maddələrinin dövriyyəsində təqsirləndirilən Sahibə Nəzərovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.
Qeyd edək ki, S.NəzərovaCinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, bir neçə il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR