İŞİD qurbanlarının daha iki kütləvi qəbiri aşkarlandı - 250-dən çox meyit

İŞİD qurbanlarının daha iki kütləvi qəbiri aşkarlandı - 250-dən çox meyit
06:09 18 Noyabr 2016
96 Digər
Ölkə mətbuatı
A- A+

İraq hərbçiləri Mosul yaxınlığında  250-dən çox İŞİD qurbanlarının iki kütləvi məzarlığını  aşkarlayıblar.  APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə CNN telekanalı məlumat yayıb.    

 

Məlumata görə, məzarlıqlardan biri quyunun dibində aşkarlanıb. Quyuda 200-dən çox cəsədin olduğu ehtimal olunur. İŞİD terrorçuları son iki il ərzində öldürdükləri sakinlərin cəsədlərini həmin quyuya atırmışlar.  Yerli sakinlər həmin məzarlıq barədə məlumatlı olublar: “Sakinlərin  yaxınlarının cəsədlərini quyudan çıxarmaq cəhdlərinin qarşısını almaq üçün terrorçular məzarlığı minalayıblar. Hazırda istehkamçılar məzarlığı minalardan təmizləyirlər. Quyuya atılanların arasında sağ olan sakinlər də olub”, - deyə yerli məmurlardan biri bildirib.    

 

İkinci məzarlıqda 45 meyit aşkarlanıb. Hər iki məzarlıq Mosuldan 30 km cənubda yerləşən Hamam əl-Əlil şəhərində aşkarlanıb. Noyabrın 7-də həmin şəhərdə başı kəsilmiş 100-dək şəxsin meyitinin olduğu məzarlıq aşkarlanıb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259816

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR