"Liverpul" və "Mançester Siti" ortaq təyyarə icarəyə götürdü

"Liverpul" və "Mançester Siti" ortaq təyyarə icarəyə götürdü
07:12 18 Noyabr 2016
57 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpul" və "Mançester Siti"nin braziliyalı futbolçuları İngiltərəyə birlikdə qayıdıb.

Goal.az "Daily Mail"ə istinadən xəbər verir ki, 2 klub Firmino, Filippe Koutinyo və Fernandinyonun rahat və tez qayıtması üçün təyyarə icarəyə götürüb. Bunun üçün 60 min funt xərc çıxıb. Təşəbbüs "Liverpul"un çalışdırıcısı Yurqen Kloppdan gəlib. Vilyanın da bu təyyarədə Londona gəlməsi planlaşdırılsa da, "Chelsea" buna lüzüm görməyib. "Zadəganlar" "Midlsbro"ya qarşı oyununu bazar günü keçirəcək. "Siti"nin Aquero, Nikolas Otamendi və Pablo Zabaletanı Argentinadan gətirmək üçün də təyyarə icarəyə götürdüyü məlum olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/490416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR