Tramp Meksika divarını inşa etdirsə, necə görünəcək?

Tramp Meksika divarını inşa etdirsə, necə görünəcək?
08:53 18 Noyabr 2016
89 Dünya
Ölkə mətbuatı
A- A+

Keçən həftə 45-ci ABŞ prezidenti seçilən Donald Trumpın seçki kampaniyası ərzində tez-tez təkrarlarığı iddialarndan biri də, ölkənin cənub sərhədində - Meksika ilə ABŞ arasında beton divar inşa edəcəyi idi. Bəs bu divar hazırlansa necə görünəcək? Digg komandası kosmosdan çəkilən 200 mindən çox fotodan istifadə edərək "Best of Luck the Wall" adlı video hazırlayıblar.

Donald Trumpın ağlındakı ideya ilə bağlı bəzi rəqəmlər belədir:

- Uzunluğu 3.000 km-i keçəcək.

- Təxminən 9.2 milyon metrkub beton istifadə ediləcək.

- Piramidalardan daha çox həcmi olacaq.

- 2300 ton inşaat dəmirinə ehtiyac olacaq.

- Bu divarın hazırlanması üçün 25 milyard dollar pul xərcələnəcək.

- Divarın təxminən 1.600 kmlik hissəsi özəl mülklərdən keçəcəyi üçün özəlləşdirmə də ediləcək. Bu da əlavə xərcdir.

Bəs bu divara həqiqətən ehtiyac var? - Cavabı çox sadədir: Yox!

Pew Research tərəfindən aparılan araşdırmalar göstərir ki, ABŞ ərazisində təxminən 11 milyon qeydiyyatda olmayan miqrant yaşayır. 2007-ci ildən bu günə qədər qanunsuz yaşayan miqrant sayında azalma var. Bundan başqa Politfact dataları da göstərir ki, qeydiyyatsız gələnlərin yarısından çoxu ölkəyə hava limanlarından gəlir və etdikləri tək şey vizası bitdikdən sonra yaşamağa davam etməkdir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176376.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR