Kosmos tarixində rekord: ən yaşlı qadın astronavt kosmosa uçub

Kosmos tarixində rekord: ən yaşlı qadın astronavt kosmosa uçub
09:32 18 Noyabr 2016
73 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikalı 57 yaşlı astronavt Peqqi Uitson tarixdə kosmosa uçan ən yaşlı qadın olub.

Milli.Az report-a istinadən xəbər verir ki, o, Baykonur kosmodromundan Beynəlxalq Kosmik Stansiyasına üçüncü dəfə uçmaqla rekord vurub.
İnformasiyaya əsasən, "Soyuz" kosmik aparatı onu, rusiyalı Oleq Novitski və ilk dəfə kosmosa uçan fransalı astronavt Tom Peski Beynəlxalq Kosmik Stansiyaya çatdıracaq.

Xəbərə görə, onlar noyabrın 19-da stansiyaya yetişəcəklər. 2017-ci ilin mayınadək heyət stansiyada bir sıra təcrübələr həyata keçirəcək.

Məlumatda bildirilib ki, Piqqi Uitson açıq kosmosda bir gündən artıq qalan ilk amerikalı astronavt olmaqla daha bir rekorda imza atacaq. Əvvəlki uçuşlar zamanı o, 6 dəfə açıq kosmosda olub.
Qeyd edək ki, Uitson ABŞ-ın Ayova ştatında doğulub. İlk dəfə 2002-ci ildə kosmosa uçub. 2007-ci ildə isə Beynəlxalq Kosmik Stansiyanın tarixində ekipajın ilk qadın-komandiri olub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490520.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR