“Yeşilçam”-ın əfsanəvi aktrisasından bəd xəbər - VİDEO

“Yeşilçam”-ın əfsanəvi aktrisasından bəd xəbər - VİDEO
09:33 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

“Yeşilçam” əfsanəvi aktrisası Fatma Gidik bud oynağından əməliyyat olunub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 73 yaşlı aktrisa xəstəxanaya keçən həftə yerləşdirildiyini və hazırda özünü çox yaxşı hiss etdiyini bildirib: “Birdən ayağım ağrımağa başladı. Buraya gəldim. Çox sağ olsun, həkimim məni sağaltdı”.

Əməliyyatı həyata keçirən həkim Cağatay Öztürk isə məşhur sənətçinin həyati təhlükəsinin olmadığını və bud oynağının protezlə dəyişdirildiyini deyib: “Hazırda yeriyir. Bir, iki gün daha xəstəxanada qalmalıdır, fizika müalicə prosesi var. Ondan sonra evə buraxacağıq”.

Aktrisanı həmkarı Hülya Koçyiğit xəstəxanada ziyarət edib və onun səhhətinin yaxşı olduğunu deyib.

Aytən










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR