"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" müsabiqələr elan edib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" müsabiqələr elan edib
09:37 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC plastmas borular və aksesurların, alçıpan, vlambir və laminatın, elektrik mallarının, müxtəlif tikinti mal-materialların, boya və lakların, habelə gəmilərdəki hidravlik sistemlərə və avtomatika sahələrinə texniki xidmətlərin, rezin boruların və kompüter və təşkilati texnikaların alınmasına dair açıq müsabiqələr elan edib. Bu barədə "Report"a rəsmi mətbuata istinadən xəbər verir. 
Müsabiqələrdə iştirak etmək istəyən şəxslər www.acsc.az saytına daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciətlər noyabrın 24-nə qədər Bakı şəhəri, Rəsulzadə küçəsi, 5 ünvanında qəbul edilir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-xezer-deniz-gemiciliyi-bir-nece-xidmet-uzre-aciq-tender-elan-edib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR