Dərman içib dünyasını dəyişən qız tanınmış müğənninin qohumu imiş - FOTO

Dərman içib dünyasını dəyişən qız tanınmış müğənninin qohumu imiş - FOTO
09:47 18 Noyabr 2016
751 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni-bəstəkar Murad Arifin ailəsində daha bir ağır itki baş verib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı ötən gün dərman içərək dünyasını dəyişən publisist Oqtay Əliyevin 12 yaşlı nəvəsi Fərəhin onun qohumu olduğunu bildirib. 

M.Arif qeyd edib ki, Fərəh bibisinin nəvəsi olub:

"12 yaşlı Fərəh uçub getdi. Məyusluq, boşluq və hüzn içindəyəm. Yer üzündən bir mələk əskildi. 

Valideynlərindən heç bir irad, töhmət almayıb. Özü təhsilində prinsipli imiş. O yaşda haqsızlığa hər kəs adekvat münasibət göstərə bilmir. Kimisə qınamaq da olmur. Qismət, qədər. Ananın yeganə balası".

Qeyd edək ki, bir neçə gün əvvəl M.Arifin əmisi dünyasını dəyişmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/490538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR