45 yaşlı Şəki sakinini tanışı bıçaqladı

45 yaşlı Şəki sakinini tanışı bıçaqladı
09:57 18 Noyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə 45 yaşlı kişini tanışı bıçaqlayıb.

Milli.Az bildirir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, ötən gecə Şəki şəhəri L. Tolstoy küçəsi, ev 12 ünvanında yaşayan, 1971-ci il təvəllüdlü Yaşar Fikrət oğlu Əliheydərov döş qəfəsinin sol tayının kəsilmiş və deşilmiş bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olub. Yaşar Əliheydərov tanışı tərəfindən bıçaqlandığını bildirib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-stabil olduğu bildirilir.
 
Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata əsasən, Yaşar Əliheydərovla tanışı, Şəki şəhər sakini, 1982-ci il təvəllüdlü Etibar Sədrəddin oğlu Sədrəddinov arasında şəxsi münasibətlər zəminində mübahisə olub. Mübahisə zamanı Etibar Sədrəddinov ona bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan Etibar Sədrəddinov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR