Alvaro Arbeloa qış fasiləsində "Vest Hem"dən ayrılacaq.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Premyer Liqa klubunda möhkəmləmə bilməyən futbolçu klubunu dəyişmək istəyir. Arbeloanın vətəninə qayıdacağı bildirilir.
Qeyd edək ki, "Vest Hem"ə yayda transfer olunan ispan müdafiəçi bu klubun heyətində cəmi 3 oyuna çıxıb.
Milli.Az