Melburnda bankda baş verən yanğın nəticəsində 20-dən çox adam xəsarət alıb

Melburnda bankda baş verən yanğın nəticəsində 20-dən çox adam xəsarət alıb
10:02 18 Noyabr 2016
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Avstraliyanın ən böyük şəhərlərindən biri olan Melburnda bankda baş verən yanğın nəticəsində 27 nəfər, o cümlədən 3 uşaq xəsarət alıb.
"Report" TASS-a istinadən xəbər verir ki, ilkin ehtimallara görə, hadisə naməlum şəxsin bank filialına daxil olub yanğın törətməsindən sonra meydana gəlib.
Daxil olan məlumata görə, insident şəhərin şərqində yerləşən Sprinqveyl bölgəsindəki "Commonwealth" bankının filiallarının birində baş verib. Təcili-tibbi yardım həkimləri 27 nəfərin hamısını xəstəxanaya çatdırıb. Zərərçəkənlərdən altısı ciddi yanıq xəsarətləri alıb, digərləri dəm qazından zəhərlənib.
Polis hadisə baş verən ərazini mühasirəyə alıb, araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR