Zaqatala sakini avtomobillə vurulub

Zaqatala sakini avtomobillə vurulub
10:05 18 Noyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatalada 54 yaşlı piyada maşınla vurulub.

Milli.Az bildirir ki, Zaqatala Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Əliabad qəsəbə sakini, 1992-ci il təvəllüdlü Tural Sadəddin oğlu Həsrətov idarə etdiyi "VAZ 2106" markalı 10 EJ 985 dövlət nömrə nişanlı avtomobillə rayonun Əliabad-Mosul yolunda piyada, Əliabad qəsəbə sakini, 1962-ci il təvəllüdlü Musa Bulad oğlu Hacımuradovu vurub. Müxtəlif dərəcəli bədən xəsarəti olan Musa Hacımuradov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. Xəstəxanadan APA-ya bildirilib ki, Musa Hacımuradova lazımi tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR