XII tur ərəfəsində: 1 baş məşqçi və 5 futbolçu cəzalıdır

XII tur ərəfəsində:   1 baş məşqçi və 5 futbolçu cəzalıdır
10:17 18 Noyabr 2016
76 İdman
Ölkə mətbuatı
A- A+


Sabah Topaz Premyer Premyer Liqasında XII tur start götürür. Fanat.Az xəbər verir ki, ümumilikdə 5 futbolçu həftəsonu cəza üzündə meydana çıxa bilməyəcək. Bunlar “İnter”, “Kəpəz” və AZAL-ın üzvləridir.



Qəbələ. Liderin heyətində cəzalı futbolçu olmasa da, baş məşqçi Roman Qriqorçuk texniki zonada yer ala bilməyəcək. Ukraynalı mütəxəssis ötən tur AZAL-la görüşdə texniki zona qaydalarını pozduğuna görə oradan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. 

5  futbolçunun balansında isə 3 sarı vərəqə var. Söhbət Asif Məmmədov, Urfan Abbasov, Elvin Camalov, Rafael Santos və Voislav Stankoviçdən gedir. Növbəti “sarı” bu oyunçuları cəzalı duruma düşürəcək.


Qarabağ. Ağdam klubu hər zaman intizamı ilə seçilib. Təsadüfi deyil ki, “Qarabağ”da nə cəzalı var, nə də 3 xəbərdarlığı olan oyunçu.


İnter. “Bankirlər” ötən tur “Neftçi”yə 3 xal verməklə kifayətlənmədilər, həm də 3 əsas futbolçularını itirdilər. Belə ki, həmin görüşdə 4-cü sarı vərəqələrini alan Nizami Hacıyev, Ağabala Ramazanov və Zurab Xizanişvili cəzalıdır. Səlahət Ağayev, Tərlan Quliyev, Ruslan Abışov, Pərdis Fərcad-Azad və İlkin Qırtımovun isə 3 “sarı”sı var.


Kəpəz. Gəncə klubu bu tur Kərim Diniyevin xidmətindən yararlana bilməyəcək. Baş məşqçi Şahin Diniyev “Sumqayıt”la görüşdə birbaşa qırmızı vərəqə alan oğlunun xidmətindən yararlana bilməyəcək.


Zirə. Qəsəbə klubunda cəzalı yoxdur. Lakin Adil Nağıyev və Milan Duriç ehtiyatlı olmalıdır. Onların 3 “sarı”sı var.


Neftçi. “Ağa-qaralar”ın heyətində də cəzalı durumda olan yoxdur. Lakin  braziliyalı Jayro Rodrigez və venesuelalı Edson Kastilyanın 3 xəbərdarlığı var.


Sumqayıt. “Gənclik şəhəri” təmsilçisinin heyətində də cəzalı yoxdur. Bir futbolçunun - Yusif Nəbiyevin balansında 3 sarı vərəqə var.


AZAL. Sonuncu turda “Qəbələ” ilə görüşdə 4-cü sarı vərəqəsini alan Adan Koronado  bu həftə istirahıt edəcək. Kamal Mirzəyev isə 4-cü xəbərdarlığını görməmək üçün diqqətli olmalıdır.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-xii-tur-rfsind-t54246.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR