Avronun məzənnəsi tezliklə 0,98 dollara düşəcək

Avronun məzənnəsi tezliklə 0,98 dollara düşəcək
10:17 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Dünən, noyabrın 17-də ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Cannet Yellenin ABŞ Konqresində çıxışı dolların beynəlxalq valyuta bazarında bir qədər də möhkəmlənməsinə səbəb olub. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, C.Yellen FES-in noyabr iclasından sonra açıqlanan iqtisadi göstəricilərin ABŞ iqtisadiyyatında inkişafın sürətləndiyini və məşğulluğun ən yüksək həddə çatdığını göstərdiyini qeyd edib. Onun sözlərinə görə, maliyyə bazarları ABŞ seçkilərindən sonra iqtisadiyyatı stimullaşdırıcı vergi-fiskal tədbirlər zərfini gözləyir ki, bu sənədlər öz növbəsində inflyasiyanın artmasına səbəb olacaq.
C.Yellen həmçinin qeyd edib ki, ABŞ iqtisadiyyatında qeyri-müəyyən dövr hələ uzun müddət davam edəcək və FES diqqətlə Konqresin qərarlarını izləyəcək. O, noyabr iclasında FES-in mərhələli faiz artımı ilə bağlı qərarını dəstəklədiyini, ABŞ maliyyə sisteminin möhkəm, sağlam və təhlükəsiz olduğuna sevindiyini bildirib. FES rəhbəri ABŞ-ın məcmu borcunun ÜDM-də xüsusi çəkisinin artacağını proqnozlaşdıraraq, qanunvericilik orqanlarının daha çox məhsuldarlığın artırılmasına fikir verməli olduğunu deyib.
Açıqlamalardan sonra əsas valyuta cütlüyü sayılan USD/EUR məzənnəsi 1,05 səviyyəsinə qədər geriləyib. Bununla da dollar avroyla müqayisədə noyabr ayında 3,6% möhkəmlənib. Hazırda USD/EUR məzənnəsi 1,0595 səviyyəsində yer alıb.
"Report"un analitik qrupu avronun məzənnəsinin qısa müddət ərzində 0,98 USD/EUR-a qədər geriləyəcəyini ehtimal edir. Uzunmüddətli perspektivdə isə məzənnənin 0,80 USD/EUR səviyyəsinə çatması proqnozlaşdırılır. Bununla yanaşı, ABŞ-da uçot dərəcəsinin 2017-ci ildə daha sürətlə artırılacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/avronun-mezennesi-tezlikle-0-98-dollara-dusecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR