Fonda yeni müşavir təyin olundu

Fonda yeni müşavir təyin olundu
10:27 18 Noyabr 2016
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov özünə müşavir təyin edib.

Milli.Az report-a istinadən bildirir ki, bu vəzifəyə Elşən Kərimov gətirilib.

O, artıq vəzifələrinin icrasına başlayıb.

Xatırladaq ki, E.Kərimov bundan əvvəl Azərbaycan Mərkəzi Bankının ləğv edilmiş Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin istehlakçıların hüquqlarının qorunması şöbəsinin müdiri, hazırda ləğvetmə prosesində olan Parabank ASC-nin hüquq şöbəsinin müdiri, eləcə də Nikoil Bank ASC-nin hüquq şöbəsinin müdiri olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR