Bir balığı 37.5 min dollara satdılar

Bir balığı 37.5 min dollara satdılar
03:59 6 Yanvar 2015
189 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyalı restoran sahibi Kiyosi Kimura 180 kiloluq balıq üçün 37.5 min dollar ödəyib.

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, Sakit okeandan tutulan tuna adlı balıq yanvarın 5-də Tokionun Tsukidzi bazarında keçirilən hərracda o qiymətə satılıb.

 

“Sushi-Zanmai” restoranının sahibi Kimura deyib ki, hərracda qalib gəlməsi onu təəccübləndirib. Çünki balığın qiyməti çox aşağı olub. Mütəxəssislər isə hesab edir ki, balığın aşağı qiymətdə olması bazarda aktiv rəqabətin olmaması ilə bağlıdır. Bundan bir qədər iri, amma eyni keyfiyyətdə olan tuna üçün rekord satış qiyməti 2013-cü ildə müəyyənləşib. O zaman 222 kilo çəkisi olan balıq 1.8 milyon dollara satılıb. İki il əvvəl gerçəkləşən auksionun qalibi də Kiyosi Kimura olmuşdu.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189477

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR