Aparıcı Vüsalə Əlizadəyə balaca pərəstişkarı evlilik təklifi edib.
Axşam.az-ın məlumatına görə, aparıcı həmin an lentə alınan videonu izləyiciləri ilə bölüşüb.
“Çox xoşbəxtəm, bu gün mənə evlilik təklifi gəlib. Hansı xanım bu yaraşıqlıya “yox” deyər? Qızımı alacaqdı, mənə elçi düşdü. Mən də səni sevirəm” deyə, V.Əlizadə bildirib.