Ağdamda güclü küləyin fəsadlarıyla bağlı İcra Hakimiyyətindən AÇIQLAMA

Ağdamda güclü küləyin fəsadlarıyla bağlı İcra Hakimiyyətindən AÇIQLAMA
10:52 18 Noyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdam rayonunda güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, noyabrın 17-də axşam saat 19 radələrində rayon ərazisində güclü külək olub:

"Təxminən bir saata qədər davam edən külək səbəbindən rayonun bəzi kəndlərinin elektrik enerjisi təsərrüfatında zədələnmələr olub. Hadisə nəticəsində rayonun Əfətli, Qaradağlı və Zənguşalı kəndlərinin elektrik enerjisinin verilişi dayanıb. Təxminən saat 21:00 radələrində həmin kəndlərin elektrik xətləri bərpa olunub və kəndlər yenidən fasiləsiz elektrik enerjisi ilə təmin edilib. Hazırda rayon ərazisində küləyin törətdiyi fəsadlarla bağlı heç bir problem yoxdur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR